Culfa

800px-Map-Azerbaijan-1991-2009

Culfa – AzərbaycandaNaxçıvan Muxtar Respublikasının tərkibində rayon. İnzibati mərkəzi Culfa şəhəridir.

Coğrafi mövqeyi

Culfa rayonu Naxçıvan şəhərindən şərqdə yerləşir.

Relyefi

Culfada Əlincə, Qardərya, eləcə də Araz (İranla sərhəd boyunca) çayları axır. Culfa yolu boyunca dağlar olduqca gözəl və özünəməxsusdur – geoloji faktor (suxurların tərkibi, onların yaşı və s.) xarici görünüşə təsirini göstərib – zahirən dağlar nəhəng, qübbəvari, fantastik tikililəri xatırladır. Rayonun ərazisində çoxlu (40-a yaxın) su qaynaqları və bulaqlar mövcuddur. Onlardan biri, Darıdağın ətəklərindəki bulaq gündə 500 min litrə yaxın güclü minerallaşdırılmış su verir. Culfa maili düzənliyi burada yerləşir. Arazboyu düzənlikdə Əlincə çayın aşağı axınının sol sahilindən başlayaraq, şərqdə Yaycı düzünədək, şimalda isə Darıdağın ətəklərinədək olan hissələri əhatə edir. Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi ərazidə suvarma suyunun çatışmaması və düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır.

Təbiəti

Culfa dağlarında meşə massivlərinə rast gəlinir, meşələrdə fıstıqvələspalıd bitir; faunanı canavarlartülkülər və dovşanlar təmsil edirlər.

İqlimi

Yayda Culfada quru və isti, qışda çox soyuq olur. İldə 220-600 mm-ə yaxın yağıntı düşür. Orta illik yağıntının miqdarı 215 mm-dir.

İqtisadi xarakteristikası

Culfa rayonunda böyük iqtisadi əhəmiyyəti olan çoxlu mineral sul yataqları yerləşir. Culfa rayonu ərazisində 85 mineral bulaq (onlardan 42-si mexaniki üsul ilə) qazılmışdır. Culfa rayonu əraziləri xüsusilə Araz və Əlincə çayları vadiləri boyunca soyuq sulu mineral bulaqlar vardır. Lakin buradakı mineral sular elmi şəkildə tam öyrənilməmişdir. Darıdağ mineral (termal) bulağı. Culfa rayonu ərazisində Culfa şəhərindən 8 km. şimal-şərqdə Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Həmin sudan Polşada “Kudova”, Fransada “Lua-Bulbul”, Almaniyada “Dürkgeym”, Rusiyada “Sineqorsk” (Saxalin y.a) termal bulaqları da vardır. Darıdağ termal mineral suyunun tərkibindəki duzların çox olmasına görə yuxarıda adları çəkilən termal bulaqlardan fərqlidir. Həmçinin Culfada bir çox faydalı qazıntı yataqları yerləşir.

  • Culfa konqlomerat yatağı-(Sementləşmiş çınqıl və süxur qırıntılarından ibarət çökmə süxurdur.) Culfa rayonundakı konqlomerat filizi tünd-boz, sarımtıl-boz, əqiq görünüşlü alevrolitlərdən ibarət olaraq əhəngli tuf materialı ilə bərkimişdir. Sahəsi 0,105 km², qalınlığı 12,6-56 metr, ehtiyatı isə 2367 min m³-dir.
  • Darıdağ mərgümüş yatağı-(As2O3-Arsen filizləri sənaye əhəmiyyətlidir.) Culfa rayonu ərazisindədir. Yataqda üç tip filiz vardır ki, ştokverk tipli auripiqment mərkəzdə yuvacıq tipli antimonit və möhtəvi (püruz) tipli realqar filizidir. (AsS-70,1 %) Filiz kütləsi realqar, auripiqment, antimonit, mərgümüşlü melonovit,pittisit, arsenopirit mənşəli olmaqla vulkan püskürməsindən yaranmışdır. Kimya sənayesində xammaldır.
  • Dərəlik tuf-qumdaşı yatağı-(Tofus-vulkan qumundan əmələ gəlmiş süxurdur.) Culfa rayonu ərazisindədir. Sahəsi 0,2 km², qalınlığı 25-28 metr, ehtiyatı isə 7538 min m³-dir. Tikintidəki hörgülərdə istifadə etmək olar.
  • Əlincəçay çınqıl-qum yatağı-Culfa rayonu ərazisindədir. Çınqıl-qum yatağı müxtəlif aşınma süxurları nəticəsində yaranaraq, ehtiyatı 12820 min m³-dir. tikintidə beton qarışığında istifadə etməyə yararlıdır.
  • Ərəzin gips yatağı-(Gypsos-Ca(SO2).2H2O-təbaşirə oxşar lifli kristaldır, sərtliyi 1,5, sıxlığı 2300 kq/ m³-dir.) Culfa rayonundakı Əlincə çayın sağ sahilindədir. Tünd-boz rəngli gipsin, sahəsi 0,05 km², qalınlığı 2,6-5,3 metr, ehtiyatı isə 1323 min tondur.Süxurdakı gipsin miqdarı 62-87 %-dir. 1956-cı ildən çıxarılaraq tikintidə istifadə olunur.
  • Göydağ mis-profir yatağı-(Yumuşaq metal Cuprum Cu2-mis filizli mineral ərintisindən sənayedə istifadə edirlər.) Culfa yatağında Başkəndin yaxınlığında okean səviyyəsində 2050 metr yüksəklikdədir. Ərazidəki filizin tərkibində 0,1-2,7 % mis və 0,01-0,08 % molibden vardır. Əsas filiz mineralları pirit, xalkopirit, sfalerit, qalenit, molibdenit, misin törəmələridir. Yataq yeri ehtiyatda saxlanılır.

Maddi-mədəni irsi

Araz çayının sahilində qədim tikililərin xarabalıqları qalmışdır. Bunlar – Azərbaycan ərazisində ən qədim sayılan XIII yüzil karvansarası, Naxçıvan xanı hakim Ziyaəddinin əmri ilə XIV yüzilin əvvəlində salınmış körpünün qalıqları Cuqa kəndi yaxınlığında kiçik Gülüstan məqbərəsi (XIII yüzil), Dər kəndi yaxınlığında daha üç qədim məqbərə – onlardan bürclü məqbərə daha yaxşı vəziyyətdədir (XV yüzil). O cümlədən, Əlincə qalası (XII-XIII yüzillər) və bir çox digər abidələr və qədim tikililərin qalıqları göstərilə bilər.

Ərazi

995[1] km²

Əhali

39 100 nəfər

Poçt kodu (Mərkəzi PŞ)

AZ 7200